27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenskinin avtomobili qəzaya düşüb: Xəsarət alan var - VİDEO

15.09.2022

Ukrayna Prezidenti Volodimir Zelenskinin avtomobili Kiyevdə qəzaya düşüb.

Bu barədə Prezidentin mətbuat katibi Serqey Nikiforov "Facebook” hesabında məlumat verib.

"Kiyevdə Ukrayna Prezidentinin avtomobili və onu müşayiət edən maşınlar minik avtomobili ilə toqquşub”, - deyə mətbuat katibi bildirib.

O qeyd edib ki, dövlət başçısını müşayiət edən həkimlər minik avtomobilinin sürücüsünə dərhal tibbi yardım göstərib və təcili tibbi yardım maşınına təhvil veriblər”.

Nikiforovun sözlərinə görə, prezident həkim tərəfindən müayinə olunub, ciddi xəsarət aşkarlanmayıb.

"Qəzanın səbəbləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılacaq”, - deyə Nikiforov əlavə edib.