28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koronaya yoluxanların sayı açıqlanıb

14.09.2022

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 508 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 818 634 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 806 701 nəfər müalicə olunaraq sağalıb, hazırda 2 060 aktiv xəstə var. Bu günə qədər 9 873 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 664, bu günə qədər isə ümumilikdə 7 203 417 test icra olunub.