30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan XİN-dən Hindistana CAVAB

14.09.2022

"Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibinin bölgədəki son gərginliklə bağlı şərhində konkret təcavüzkarın kim olduğu bəlli deyil”.

"DM"-nın məlumatına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva belə bəyanatla çıxış edib.

"Açıqlamada təcavüzkarın kim olduğu bəlli olduğu təqdirdə bu məsələ tərəfimizdən şərh edilə bilər”, - deyə o əlavə edib.

Qeyd edək ki, Hindistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Arindam Bağçi Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi münasibət bildirib .

O, sərhəddəki vəziyyəti diplomatik yolla həll etməyə çağırıb. Arindam Bağçi qeyd edib ki, münaqişə hərbi yolla həll edilə bilməz.