29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid baş leytenant Şərurda dəfn olunub

14.09.2022

Dövlət sərhədində erməni təxribatı nəticəsində şəhid olan Quru Qoşunlarının hərbçisi, baş leytenant Əliyev Əli Cavad oğlu Şərur rayonunda dəfn edilib.

"DM" xəbər verir ki, Şərurun Yengicə kəndindən olan 1997-ci il təvəllüdlü Əli Əliyev Şərur Şəhidlər xiyabanında son mənzilə yola salınıb.

Mərasimdə rayon rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 12-də gecə və 13-də gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədiblər. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun 50 hərbi qulluqçusu şəhid olub. Təxribata cavab nəticəsində, ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.