29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

14.09.2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Toivo Klaar sentyabrın 12-dən 13-nə keçə gecə dövlət sərhədində baş vermiş gərginliklə bağlı narahatlığını ifadə edib, bu xüsusda Avropa İttifaqı rəhbərliyinin Ermənistanın baş naziri və Azərbaycan Prezidenti ilə telefonla danışdığını diqqətə çatdırıb.

Dövlətimizin başçısı bu genişmiqyaslı təxribatın məhz Ermənistan tərəfindən törədildiyini qeyd edərək, buna görə bütün məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Brüsseldə aparılmış müzakirələrin davamı olaraq sülh gündəliyini dəstəklədiyini vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyini bildirib.