29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Teys: “Rəsmi Vaşinqton və Brüssel İrəvanı təxribatlardan çəkinməyə çağırmalıdır”

14.09.2022

"Ermənistanın baş naziri Nikol Paşinyan rejimi tərəfindən regional təhlükəsizliyə ciddi təhdidlər bütün Avropa iqtisadiyyatına ziyan vurur və Cənubi Qafqaz regionunda kövrək sülh prosesini pozur”.

Bunu  ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib.

"ABŞ-ın müdafiə naziri Lloyd Ostin təcili olaraq İrəvana müraciət etməli, Azərbaycana qarşı hərbi təcavüzü dayandırması və rəsmi Bakı ilə sülh müqaviləsi imzalaması üçün Paşinyana təzyiq etməlidir”, - o əlavə edib.

Teys Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatlarının öhdəsindən gəlmək və onlara layiqli cavab vermək iqtidarında olduğunu vurğulayıb.

Ekspert hesab edir ki, rəsmi Vaşinqton və Brüssel Ermənistanın Baş naziri Paşinyanı hərbi təxribatlardan çəkinməyə, beynəlxalq qanunlara və Avropa İttifaqının (Aİ) İnsan Hüquqları Konvensiyasına əməl etməyə çağırmalıdır.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu gün Ermənistan tərəfi əldə olunmuş atəşkəs razılaşmasını növbəti dəfə pozaraq Azərbaycan ordusunun bölmələrini atəşə tutmaqda davam edib.