08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin Nurməhəmmədovu şəxsən təbrik etdi

07.10.2018

Rusiya prezidenti Vladimir Putin Həbib Nurməhəmmədova zəng edərək onu Konor Makqreqor üzərində qazandığı qələbə münasibəti ilə təbrik edib.
"Dövran Media" xəbər verir ki, bu barədə döyüşdən sonra keçirilən mətbuat konfransında rusiyalı döyüşçü özü bildirib.
Döyüş bu gün səhər ssatlarında Las-Veqasda baş tutub. Qarşılaşmadan sonra rusiyalı idmançının hərəkətləri davaya gətirib çıxarıb.
Bundan sonra UFC prezidenti Den Uayt bildirib ki, Nurməhəmmədov diskvalifikasiya oluna bilər. Onun təcridinin müddəti çox olacağı təqdirdə isə, rusiyalı çempionluq titulundan məhrum olma təhlükəsi ilə üz-üzə qalacaq.