25 08 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Rusiya XİN NATO-nun Gürcüstandakı təlimini ciddi təhdid adlandırıb

14.09.2022

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanda keçirilən "Noble Partner 2022” təlimlərində NATO-nun ağır hərbi texnikasının Avropadan Gürcüstana gətirilməsinə münasibət bildirib.

"DM"-nın məlumatına görə, Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar təlimlər zamanı ağır hərbi texnikanın Gürcüstana gətirilməsinə Moskvanın diqqət çəkdiyini söyləyib.

Onun sözlərinə görə, Moskva Gürcüstanın NATO-ya cəlb edilməsi istiqamətində davam edən kursu və onu müşayiət edən fəaliyyəti, o cümlədən, ABŞ və alyans ölkələrinin iştirakı ilə Gürcüstanın ərazisində müntəzəm hərbi təlimlər keçirmək vasitəsilə onun müasir silah növləri ilə təchiz olunmasını görür: "Bu, təkcə Rusiyanın maraqlarına və bizim regiondakı müttəfiqlərimizə meydan oxumaq deyil, həm də bütövlükdə Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə ciddi təhdiddir”.