25 08 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İki bacının tək qardaşı: Zaqatala şəhidini dəfn edib

14.09.2022

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Zaqatalada dəfn edilib.

"DM"-nın məlumatına görə, hərbi qulluqçusu, leytenant, 1999-cu il təvəllüdlü Sərxan Mübariz oğlu Ömərovun nəşi doğulduğu Yuxarı Tala kəndinə gətirilərək ailəsinə təhvil verilib.

Dəfn mərasimindən öncə şəhidin ruhuna hörmət olaraq fəxri qarovul düzülüb və yaylım atəşi açılıb.

Qeyd edək ki, 23 yaşlı S.Ömərov nişanlıydı, iki bacının yeganə qardaşı idi.