08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İnterpolun axtardığı azərbaycanlı HƏBS EDİLDİ

07.10.2018

Ukraynanın Belqorod-Dnestr sərhəd-buraxılış məntəqəsinin əməkdaşları İnterpol tərəfindən axtarılan 35 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.
"Dövran Media" xəbər verir ki, azərbaycanlı Ukraynaya Gürcüstan qeydiyyatında olan avtomobillə daxil olarkən saxlanılıb. Sənədlərin yoxlanması zamanı onun İnterpol xətti ilə axtarışda olduğu üzə çıxıb.
Sərhədçilər hadisə barəsində İnterpolun Ukrayna nümayəndəliyinə xəbər veriblər və azərbaycanlının axtarışıda olduğu təsdiqlənib. O, həbs edilib.
Onun Azərbaycanda qaçaqmalçılıq və narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə axtarışda olduğu müəyyənləşib.
Sərhədçilər azərbaycanlını yerli polis əməkdaşlarına təhvil veriblər.