29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Bilik Günü” təntənəli şəkildə qeyd edilməyəcək - Rəsmi

14.09.2022

Ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – "Bilik Günü”nün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb.

Bu barədə  Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub:

"Şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik! Bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – "Bilik Günü”nün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb. Valideynlərin isə bu məsələni anlayışla qarşılamaları xahiş olunur. Ümumi təhsil müəssisələrində ilk dərs "Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq".