29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhidimiz və atası dəfn edilib-VİDEO

14.09.2022

Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Vadim Qocayev və onun atası Alik Qocayev dəfn edilib.

"DM" xəbər verir ki, hər iki şəxs Qobustan rayonunun Sündü kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Xatırladaq ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu V.Qocayevin atası A.Qocayev ürəktutmadan dünyasını dəyişib.

Belə ki, V.Qocayevin nəşini gətirmək üçün Gəncəyə yollanan A.Qocayev oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib.

Allah rəhmət eləsin!