09 10 2025-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Qazaxıstan XİN: “Biz öz təcrübəmizi bölüşməyə hazırıq"

14.09.2022

"Azərbaycanla Ermənistan arasında sərhəd demarkasiya olunmayıb, bu səbəbdən hər hansı sərhəd pozuntusu barədə danışmaq çətindir”.

Bunu Qazaxıstanın baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tleuberdi jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ilkin vəzifə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın işini bərpa etməkdir.

"Biz öz təcrübəmizi bölüşməyə hazırıq. Sərhədimizi quru və hətta dənizdən bütün perimetr boyunca demarkasiya etdiyimiz üçün Rusiyadan istisna olmaqla bütün qonşu dövlətlərlə, demək olar ki, demarkasiya tamamlanıb. Rusiya ilə demarkasiya bizdə, yəqin ki, daha iki-üç il vaxt aparacaq”, - deyə xarici siyasət qurumunun rəhbəri vurğulayıb.

Tleuberdi həmçinin Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi fonunda Qazaxıstandan Ermənistana sülhməramlıların göndərilməsi məsələsinin gündəmdə olmadığını vurğulayıb.

Mənbə: TASS