29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid və oğlunun xəbərinə dözməyərək ürəyi partlayan atasının nəşləri ailəsinə təhvil verilib

14.09.2022

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribat nəticəsində şəhid olan Vadim Qocayevin və onun xəbərinə dözməyərək ürəyi partlayan atasının nəşləri ailəsinə təhvil verilib.

"DM"-nın məlumatına görə, Vadim Qocayev və atası Alik Qocayevin nəşləri bu gün səhər saatlarında yaşadıqları Binəqədi rayonunda gətirilib.

Yaxınlarının məlumatına görə, A.Qocayev hər zaman bildirirmiş ki, Vadim əsgər getsə, o gələnə kimi ölərəm. A.Qocayev oğlunun nəşini təhvil almaq üçün Gəncəyə gedibmiş, ancaq orada vəfat edib.

Şəhidin bir yaşlı qızı var və həyat yoldaşı ikinci uşağa hamilədir.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə səkkiz hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.