03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tacikistan-Qırğızıstan sərhədində atışma baş verib

14.09.2022

Tacikistan hərbçiləri Qırğızıstan sərhədçiləri ilə birgə sərhədin müəyyən edilməmiş hissəsində atışma zamanı minaatanlardan istifadə ediblər.

Bu barədə Qırğızıstan sərhəd xidməti məlumat yayıb:

"Sentyabrın 14-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində silahlı insident baş verib. Tacikistan tərəfi minaatanlardan istifadə edib. İlkin məlumatlara görə, Qırğızıstan tərəfdən ölən və yaralanan olmayıb”.

İnsident Qırğızıstanın Batken vilayətinin Batken rayonunun Bulak-Başı ərazisində baş verib.

Tərəflər arasında gərginliyin qarşısını almaq məqsədilə telefon danışıqları olub, görüş planlaşdırılır.

Mənbə: İnterfaks