03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid Bəxtiyar Muradovla vida mərasimi keçirilir - VİDEO

14.09.2022

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Bəxtiyar Muradovun nəşi gecə saatlarında ailəsinə təhvil verilib.

"DM" xəbər verir ki, 19 yaşlı Bəxtiyar Muradovun nəşi vida üçün doğulub boya-başa çatdığı Sumqayıt şəhər, 42-ci məhəlləyə gətirilib. Vida mərasimində ailə üzvləri ilə yanaşı, şəhər rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, şəhidimiz bir ilin əsgəri və evin tək oğlu olub. Üç gün bundan əvvəl məzuniyyəti bitirib yenidən ön xətdə xidmətə qayıdıb.

Vida mərasimindən sonra B.Muradov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.