03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Roman Naudinş : “Ermənistan üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməlidir”

13.09.2022

Ermənistan öz silahlı birləşmələrini mütləq Azərbaycan ərazisindən çıxarmalıdır.

Bunu  Latviya parlamentinin deputatı, bu ölkənin ətraf mühitin mühafizəsi və regional inkişaf üzrə sabiq naziri Roman Naudinş deyib.

Onun sözlərinə görə, bir çox beynəlxalq təşkilatların qeyd etdiyi kimi, tərəflər əldə olunmuş atəşkəs razılaşmalarına əməl etməlidir, lakin ilk növbədə Ermənistanın üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməli, xüsusən də bütün silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxartmalıdır.

"Bu regionda sabitlik və sülh Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təmin edilə bilər”, - deyə Roman Naudinş vurğulayıb.

Latviyalı sabiq nazir fikrinin sonunda əlavə edib ki, Azərbaycan öz ərazisinin və əhalisinin təhlükəsizliyini qoruyur.

Xatırladaq ki, sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.