04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan və Ermənistana səfər edəcək

13.09.2022

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı Bakı və İrəvana səfər edəcək.

"DM” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

"Aİ-nin xüsusi nümayəndəsi Toyvo Klaar gərginliyi azaltmanı dəstəkləmək və Ermənistan və Azərbaycan liderləri arasında Brüssel dialoq prosesində növbəti addımları müzakirə etmək üçün dərhal iki ölkəyə səfər edəcək”, - diplomat vurğulayıb.