04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kreml: Rusiyada səfərbərlikdən söhbət getmir

13.09.2022

Hazırda Rusiyada səfərbərlikdən söhbət getmir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Rusiyada tam səfərbərlik elan edilməsi variantı barədə sualına cavabında bildirib.

Peskov Ukraynadakı xüsusi hərbi əməliyyatla bağlı Rusiya Müdafiə Nazirliyinin ünvanına tənqidlərə də münasibət bildirib.

"İnsanlar həqiqətən də dövlət başçısının qəbul etdiyi qərarlar ətrafında cəmləşirlər. O ki qaldı digər nöqteyi-nəzərə, tənqidi mövqeli bəyanatlara, nə qədər ki, bu mövcud qanunvericilik çərçivəsində qalır, o zaman bu, plüralizmdir. Ancaq bunlar arasında xətt çox nazikdir. Burada çox, çox diqqətli olmaq lazımdır”, deyə Rusiya liderinin mətbuat katibi vurğulayıb.