Avropa Parlamentinə yeni baş katib seçilib 
    
                          
     
                         13.09.2022
 
    
                        					Avropa Parlamenti Bürosuna yeni baş katib seçilib.
Spiker aparatının rəhbəri Alessandro Çiokketti Avropa Parlamenti Bürosunun yeni baş katibi olacaq. Onun namizədliyi daha əvvəl kiçik fraksiyaların və antikorrupsiya təşkilatlarının tənqidinə səbəb olmuşdu.
Avropa Parlamentindən verilən məlumata görə, Çiokketti hazırkı baş katib Klaus Vellenin səlahiyyət müddəti bitdikdən sonra, 2023-cü il yanvarın 1-də vəzifəsinin icrasına başlayacaq.
Mənbə: Yevropeyskaya pravda