08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni naziri Qarabağa gətirən - Səbəblər

06.10.2018

Ermənistan ordusunun hərbi hazırlıq səviyyəsi hər keçən gün bir az da aşağı düşür.
Bunu Axar.az-a Ermənistan Müdafiə naziri David Tonoyanın Naxçıvanla sərhəddən sonra Dağlıq Qarabağa səfərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Ermənistan ordusunda müəyyən çatışmazlıqlar və nizamsızlıq var:
"Hətta bu yaxınlarda Qarabağda daha bir erməni əsgəri öldürüldü. Ermənistan bu səbəblə də orduda döyüş ruhunu qaldırmaq, cəmiyyətdəki "ruh yüksəkliyini” orduya təlqin etmək istəyir. Bu məqsədlə də müdafiə və qərargah rəisləri orduya baş çəkir, bir növ demarş xarakterli hərəkətlər edirlər. Məqsəd isə Ermənistan ordusunda müntəzəm olaraq təlim və taktiki hazırlıqların keçirildiyi təsəvvürünü yaratmaqdır. Tonoyan da buna görə "Ermənistan ordusunun hər hansı bir problemi yoxdur” mesajını verməyə çalışır. Ancaq bu cür "əks-cavablar” heç bir işə yaramır”.
Politoloq Tonoyanın bir tərəfdən də cəmiyyətə və Paşinyana yaranmağa çalışdığını bildirib:
"Tonoyan orduda Serj Sərkisyan dövründən qalma problemlərin hamısını aradan qaldıracağına dair vədlər verir. Hərbi büdcənin artırılmasına da bu kontekstdən yanaşmaq lazımdır. Tonoyan kimiləri tez-tez davakar bəyanatlar irəli sürərək və hərbidə insan alverini ön plana çəkərək Ermənistan Ordusunda mənəvi psixoloji iqlimin sağlam olduğuna dair nağıllar uydururlar. Ancaq o da faktdır ki, belə təbliğatlarla ordunun vəziyyətini düzəltmək mümkünsüzdür”.
Qeyd edək ki, ötən gün Ermənistan Müdafiə naziri David Tonoyan Baş Qərargah rəisi Artak Davtyanla birgə Naxçıvanla sərhədə baş çəkdikdən sonra Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə gəlib.