02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Donetskdə yanmış cəsədlər tapılıb: Azərbaycanlı ailəyə aid olduğu ehtimal edilir - VİDEO

13.09.2022

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, İzyum şəhərinin bütün qəsəbə və kəndləri işğaldan azad olunub. Lakin Xarkov vilayətinin işğaldan tam azad olunub-olunmaması ilə bağlı məlumat yoxdur.

Qeyd edilib ki, Kiyev vilayətinin Belarusla sərhəd rayon və qəsəbələrində, eləcə də Poltava və Xarkov vilayətində elektrik enerjisində uzunmüddətli fasilələr yaranıb.

"Donetsk vilayətinin Svetoqorsk rayonunda, işğaldan azad edilmiş qəsəbələrin meşəlik ərazilərində yanmış cəsədlər tapılıb. Onlardan bir neçəsinin bir ay əvvəl itkin düşmüş iki azərbaycanlı ailənin üzvlərinə aid olduğu ehtimal edilir”, - deyə əlavə edilib.

Ətraflı videonu təqdim edirik: