28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pavel Jovnirenko: “Azərbaycanla Ermənistan vasitəçisiz razılığa gəlməlidirlər”

13.09.2022

"Ermənistanla Azərbaycan arasında hazırda vəziyyətin gərginləşməsi ilk və qorxuram, hətta əminəm ki, sonuncu deyil. Münaqişənin yoluna qoyulmasında vasitəçi olmaq məqsədilə tərəfdaşlara, beynəlxalq ictimaiyyətə çağırışlar isə heç bir nəticəyə gətirib çıxarmır. 2020-ci ilin noyabrından keçən iki il göstərdi ki, sülh yoxdur və Azərbaycanla Ermənistan aralarında on illər ərzində yaranan inciklik və nifrəti geridə qoyaraq ikilikdə danışıqlar masasına oturmayanadək o sülh əldə edilməyəcək”.

Bunu  Ukraynanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Pavel Jovnirenko deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan və Ermənistan Fransa ilə Almaniyanın bəhrələndiyi modeldən istifadə edə bilərlər.

"Bu iki ölkə yüz illər boyunca bir-birilə müharibə aparıb və nəticəsi də olmayıb. 1963-cü ildə Fransa və Almaniya rəhbərləri danışıqlar masası arxasında əyləşərək keçmiş problemləri geridə qoyduqları barədə razılığa gəldilər. Onlar qeyd etdilər ki, hazırkı və gələcək nəsillərin sülh içində yaşamaları üçün əllərindən gələni əsirgəməyəcəklər. Bu, Yelisey Müqaviləsi idi. Orada çox bəndlər vardı. Bunlar arasında siyasi məsələlərin müzakirə olunması məsələsi, birgə məşvərətçi orqanların yaradılması, gənclərin qarşılıqlı səfərlərini təmin etmək üçün turizm proqramının yaradılması və s. də vardı. Hazırda Fransa və Almaniya Avropanın lokomotivləridir, köhnə problemlər heç kimin yadına da düşmür”.

"Mənim fikrimcə, Azərbaycanla Ermənistan arasında bilavasitə, heç bir vasitəçi olmadan danışıqların nəticəsi olaraq sabit sülhə nail olmaq mümkündür. Əgər Fransa və Almaniya illər öncə, məsələn, ATƏT kimi mexanizmin olmadığı bir vaxtda belə bir razılığa nail olmuşdularsa, bunu Azərbaycanla Ermənistan da edə bilərlər. Başqa variant görmürəm”, - Jovnirenko fikrini yekunlaşdırıb.