28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mövlud Çavuşoğlu: “Ermənistan təxribata son qoymalıdır”

13.09.2022

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Bu barədə Mövlud Çavuşoğlu öz "Twitter”ində yazıb.

İki ölkənin XİN başçısı Ermənistan ordusunun bu gecə Azərbaycanla sərhəddə törətdiyi təxribatı müzakirə edib.

"Azərbaycanın xarici işlər naziri, qardaşım Ceyhun Bayramovla Azərbaycan-Ermənistan dövlət sərhədində erməni təxribatlarını müzakirə etdik. Ermənistan indi təxribata son qoymalıdır. Onlar Azərbaycanla əldə etdikləri uzlaşma çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər”, - o qeyd edib.