27 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ağalıya qayıdan Şahin Mahmudov: “Burada qurub-yaradacağıq” - FOTO

12.09.2022

"Ağalı müharibədən əvvəl də gözəl idi. İndi daha gözəl olub. Burada yaşayacağıq, qurub-yaradacağıq”.

Bunu  Ağalıya qayıdan kənd sakini Şahin Mahmudov bildirib.

O qeyd edib ki, Ağalını tərk edəndə 14 yaşı olub:

"Əvvəl Beyləqanda, sonra isə Bakıda məskunlaşmışdıq. İndi ailəmlə, övladlarımla kəndimizə qayıtmışam. Kiçik övladımın 6, böyük övladımın 16 yaşı var. Çox şükür olsun ki, kəndimizə qayıtdıq. Övladlarımızı doğma yurda sevgi ruhunda böyütmüşük. Hamımız sevinirik ki, yurdumuza dönmüşük”.

Şahin Mahmudovun böyük oğlu, 16 yaşlı Aqşin Mahmudov vurğulayıb ki, hər zaman ata yurduna gəlməyi arzulayıb:

"Bu da səbəbsiz deyil. Mən Ağalını görməsəm də, nənəm, valideynlərim kənd haqqında çox danışıblar. Odur ki, Ağalı hər zaman mənim qəlbimdə olub, həmişə bura gəlməyi arzulamışam. Bu gün bu arzum gerçəkləşib. Sevinirəm ki, ana vətənimə gəlmişəm və burada yaşayacam, təhsilimi kəndimizdə başa vuracam”.

Ümumilikdə "Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə birinci mərhələdə 41 ailə (201 nəfər), ikinci mərhələdə 25 ailə (125 nəfər) köçürülüb. Burada sakinlər üçün, yüksək keyfiyyətli, müasir tələblərə tam cavab verən "ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Onu da qeyd etmək yerinə düşərdi ki, işğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb.

Ağalı kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Burada "Azərpoçt” MMC-nin rayon şöbəsi, "ASAN xidmət” və DOST, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzləri fəaliyyət göstərir.