28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda gənc aqronom qəfil vəfat edib-FOTO+YENİLƏNİB

12.09.2022

Kürdəmirdə üç avtomobilin iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub.

"Qafqazinfo” xəbər verir ki, qəzada ölən Rauf Bəkirov kənd təsərrüfatı sahəsində çalışan gənc mütəxəssis olub.

Qəza zamanı R.Bəkirov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişini, həyat yoldaşı Ruşanə Əliyeva isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb.

Bildirilir ki, R.Bəkirov şirkətlərdən birində aqronom kimi çalışırmış. O, bu il iyunun 22-də Ruşanə ilə ailə həyatı qurubmuş.

Hadisə yeni evlilər rayondan Bakıya qayıdarkən baş verib.


15:36

Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışan gənc mütəxəssis Rauf Bəkirov qəfil vəfat edib.

"DM" Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Bu gün vəfat edən gəncin ölüm səbəbi məlum deyil.

Məlumata görə, o, iyun ayında ailə həyatı qurub