27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xersonda bu ərazilər azad olunub - Rəsmi

12.09.2022

Ukrayna Silahlı Qüvvələri son iki həftə ərzində Xerson vilayətində təxminən 500 kvadrat kilometr ərazini azad edib. Eyni zamanda ukraynalı müdafiəçilər beş yaşayış məntəqəsini işğaldan azad etməyə nail olublar.

"DM" xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Natalya Qumenyuk deyib.

"Artıq bu gün deyə bilərik ki, son iki həftə ərzində əldə etdiyimiz irəliləyiş kifayət qədərdir. Müxtəlif ərazilərdə bir neçə onkilometrə qədər irəliləmişik, 500 kvadrat kilometrə yaxın əraziləri azad etmişik və bəyan edə bilərik ki, Xerson vilayətinin bəzi yaşayış məntəqələri azad edilib və Ukrayna bayrağı altındadır”, - Qumenyuk bildirib.

Onun sözlərinə görə, Ukrayna ordusu Xerson vilayətinin Vısokopolye, Novovoznesenskoe, Beloqorka, Suxoy Stavok və Mirolyubovka yaşayış məntəqələrini azad edib.