28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna Xarkovu tam alıb – indi diktə edəcək

12.09.2022

Ukrayna qoşunları sürətli əks-hücumla demək olar ki, bütün Xarkov vilayətini geri alaraq Rusiyanı böyük məğlubiyyətə uğratdı. Bu uğur Qərbin silah sistemlərindən maksimum istifadəni əhatə edən kampaniyanın nəticəsi idi.

"DM" xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun dəyərləndirməsində qeyd edilib.

"Ukrayna rəhbərliyi cənubdakı zərbələri müzakirə edərək Xarkov bölgəsindəki niyyətləri barədə rusları çaşdırdı. Ukrayna müharibənin gedişatını öz xeyrinə çevirdi. Kiyev böyük hərbi əməliyyatın yerini və xarakterini getdikcə daha çox diktə edəcək və Rusiya Ukraynanın artan fiziki və psixoloji təzyiqinə getdikcə qeyri-adekvat cavab verəcək”, - məlumatda bildirilib.