28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya bu briqadanın 85%-ni itirib

12.09.2022

Gün ərzində Ukrayna hərbçiləri düşməni 20-dən çox yaşayış məntəqəsindən sıxışdırıb çıxarıb və həmin əraziləri tam nəzarət altına almaqda davam edirlər.

"DM" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

"Müdafiə qüvvələrinin Xerson istiqamətində həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra düşmən canlı qüvvədə xeyli itki verib. Mövcud məlumatlara görə, dəniz piyadalarının 810-cu əlahiddə briqadası (Sevastopol şəhərində daimi dislokasiya məntəqəsi) şəxsi heyətinin demək olar ki, 85%-ni itirib. Qalan hərbçilərin mənəvi-psixoloji durumu son dərəcə aşağıdır, onlar kütləvi şəkildə döyüş bölgəsinə qayıtmaqdan imtina edirlər”, - məlumatda deyilir.