28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Üç qurum arasında memorandum imzalanıb

09.09.2022

Əhalinin tibbi sığorta imkanlarının artırılması məqsədilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və "Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi arasında "Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Sənədi səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev və "Azərbaycan Sığortaçılar Assosiasiyası” Müşahidə Şurasının sədri Azər Əliyev imzalayıblar.

Əhalinin sağlamlığının qorunması, tibbi sığorta imkanlarının artırılması nəticəsində səhiyyə xidmətlərinin səmərəli təşkili, bu sahədə dayanıqlı iqtisadi inkişafa nail olunması, dövlət və özəl sığorta subyektləri arasında əməkdaşlıq münasibətlərinin inkişafı Memorandumun əsas məqsədlərindəndir. Sənəddə həmçinin Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və özəl sığorta şirkətləri arasında əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, məlumat mübadiləsinin və maarifləndirmə tədbirlərinin təşkili və digər zəruri tədbirlərin həyata keçirilməsi əks olunub.

Memorandumda qeyd olunan bəndlərin icrası məqsədilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və "Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin təqdimatı əsasında özəl sığorta şirkətlərinin nümayəndələrindən ibarət İşçi Qrup yaradılır.

İşçi Qrupuna tibbi sığorta sahəsində dövlət-özəl sektor əməkdaşlığı, icbari tibbi sığorta ilə əhatə olunan tibbi xidmətlər sahəsində maarifləndirici təlimlərin təşkili, özəl sığorta şirkətlərinin icbari tibbi sığorta ilə əhatə olunmayan tibbi xidmətlər üzrə sığorta təkliflərinin verilməsində maraqlarının artırılması ilə bağlı tədbirlərin görülməsi, tamamlayıcı tibbi sığorta sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, inzibatçılığın tətbiqi zamanı qarşıya çıxan problemlərin araşdırılması və həllinə dair təkliflərin verilməsinin təmini tapşırılıb.