28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna Rusiyadan 300 milyard dollar təzminat tələb edir

09.09.2022

Ukrayna müharibə ilə bağlı Rusiyadan ən azı 300 milyard dollar (510 milyard manat) məbləğində təzminat almaq istəyir. Kiyev BMT Baş Assambleyasında gələcəkdə zərərin ödənilməsi üçün beynəlxalq mexanizmin yaradılmasının əsas götürülməli olduğu qətnamənin qəbuluna nail olmaq niyyətindədir.

Bu barədə Almaniyanın "Funke” media qrupunun nəşrlərinə müsahibəsində Ukraynanın ədliyyə naziri Denis Malyuska bildirib.

"Biz Rusiyanın aqressiv müharibəsi ilə Ukraynaya vurduğu bütün ziyana görə kompensasiya almaq istəyirik”, - deyə nazir əlavə edib.

Qeyd olunan məbləğ Rusiya Bankının G7 ölkələrindəki sanksiyalar altında dondurulmuş aktivlərinə uyğundur. Malyuska bu vəsaitlərə, eləcə də Rusiya dövlət müəssisələrinin xarici aktivlərinə və rusiyalı oliqarxların müsadirə olunmuş əmlakına çıxış tələb edib.

"Almaniya da ölkədə nə qədər Rusiya aktivinin yerləşdirildiyi barədə məlumat verməlidir”, - qurum rəhbəri sözlərini yekunlaşdırıb.