08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərəblərdən ABŞ-a SƏRT CAVAB

06.10.2018

Səudiyyə Ərəbistanı öz təhlükəsizliyinə görə ABŞ-a pul ödəməyəcək.
"Dövran media"nın xəbərinə görə, bu barədə "Bloomberg” agentliyinə müsahibəsində krallığın şahzadəsi Məhəmməd ibn Salman Əl Səud deyib.
"Biz öz təhlükəsizliyimizə görə heç nə ödəməyəcəyik. ABŞ-dan bütün silahlar pul müqabilində alınıb”, -  deyə o bildirib. 
Şahzadə qeyd edib ki, Səudiyyə Ərəbistanına silah tədarükünün 60 faizini ABŞ təmin edir.
O əlavə edib ki, rəsmi Ər-Riyad və Vaşinqton arasında olan müqaviləyə əsasən, Səudiyyə Ərəbistanı ABŞ texnologiyalarına uyğun silah istehsal edə bilər.
Əl Səud ABŞ və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin 24 saat ərzində dəyişməsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, "əgər ümumi mənzərəyə baxsaq, 99 faiz hər şey yaxşıdır və yalnız bir problem var”.
Xatırladaq ki, bundan əvvəl prezident Donald Tramp bəyan edib ki, ABŞ Səudiyyə Ərəbistanını müdafiə edir:
"Bilirsiniz, onlar varlıdırlar. Mən onların kralını sevirəm, kral Salmanı. Lakin ona dedim ki, "Kral, biz sizi müdafiə edirik, çox güman ki, bizsiz siz heç iki həftə də tab gətirə bilməyəcəksiniz. Bizə hərbçilərimizə görə pul ödəməli olacaqsınız”