04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Ukrayna və 18 ölkəyə 2 mlrd. dollarlıq yeni hərbi yardım elan edəcək

08.09.2022

Kiyevdə səfərdə olan ABŞ-ın Dövlət katibi Entoni Blinken Ukraynaya və gələcəkdə Rusiya təcavüzü ilə üzləşmək riski altında olan 18 ölkəyə 2 milyard dollar dəyərində yeni xarici hərbi maliyyə yardımını elan edəcək.

"DM" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin adı açıqlanmayan rəsmisi "Reuters"ə bildirib.

Onun sözlərinə görə Bayden administrasiyası məsələ ilə əlaqədar artıq Konqresi məlumatlandırıb. Bununla belə, mənbə ayrılacaq vəsaitin nə qədərinin Ukraynaya yönəldiləcəyi ilə bağlı məlumat verməyib. Ən son elan edilən hərbi yardım paketi ilə birlikdə ABŞ Prezidenti Cozef Baydenin 2021-ci ilin yanvarından bəri Ukraynaya təhlükəsizlik yardımlarının ümumi dəyəri 15.2 milyard dollara çatıb.

Qeyd edək ki, Bayden administrasiyası bu gün Ukraynaya 675 milyon dollar dəyərində növbəti hərbi yardım paketi elan edib.