04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabah Xurşidbanu Natəvanın 190 illik yubileyi Şuşada qeyd ediləcək

08.09.2022

Sabah Şuşada Azərbaycan bədii fikrinin görkəmli siması, şair Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubleyi münasibəti ilə tədbir keçiriləcək.

"DM" xəbər verir ki, tədbir Prezident İlham Əliyevin martın 14-də Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı çərçivəsində həyata keçiriləcək.

Tədbirlə əlaqədar bir çox mədəniyyət nümayəndələri, yazıçı, şairlər və incəsənət xadimləri Şuşada səfərdədir.

Qeyd edək ki, Xurşidbanu Natəvan xanım Cavanşir-Usmiyeva 1832 avqustun 6-da, Şuşada anadan olub. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi olub. 1897 oktyabrın 2-də dünyasını dəyişib, Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunub.