09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Deputatdan bələdiyyələrlə bağlı MÜHÜM TƏKLİF

05.10.2018

Qəbirstanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyə ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədilə bələdiyyələ mürə büdcə ayrılmalı, vəsait verilməlidir.
"Dövran Media" xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü plenar iclasında "Bələdiyyə maliyyəsinin əsasları haqqında” qanuna dəyişikliklə bağlı müzakirələrdə çıxışı zamanı deyib. Deputat bildirib ki, bu günə qədər bələdiyyələrin üzərində sadəcə bələdiyyə ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məsələsi vardı:
"Amma mənim kimi kənd rayonlarını təmsil edən millət vəkilləri yaxşı bilir ki, bələdiyyələr bu istiqamətdə işlər görmür və ya görə bilmirdilər. Bələdiyyələr bunu büdcələrində vəsaitin olmaması ilə izah edirdilər. Vətəndaş isə qanunla bələdiyyənin onlara dəstək olmalı olduğunu bildirirdi. Bu səbəbdən də bir sıra hallarda bələdiyyə ilə sakinlər arasında gərginlik yaranırdı. Bir neçə gün əvvəl bələdiyyə ərazilərində reklam lövhələrinin yerləşdirilməsindən gələn gəlirin toplanması da bələdiyyədən alındı, bununla bağlı yaranmış orqana verildi və oradan gələn gəlirin sadəcə 10 faizinin bələdiyyələrə veriləcəyi bildirildi. İndi isə bələdiyyələrin üzərinə qəbiristanlıqarın salınması, saxlanılması, qorunması, idarə edilməsi, abadlaşdırılması kimi əlavə səlahiyyət və vəzifələr də qoyulur. Bunlar çox ciddi məsələlərdir və sabah bələdiyyələr qanunla üzərinə düşən vəzifələri "maliyyə təminatımız yoxdur” deyərək yerinə yetirməyəndə vətəndaşla ciddi narazılıqlar yarana bilər. Ona görə də 2019-cu il büdcəsindən bələdiyyələrə vəsait ayrılmalıdır”.