29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Binəqədidə gecə ilə ağacların kəsildiyi təsdiqlənib - VİDEO

08.09.2022

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakının Binəqədi rayonunda ağacların kəsilməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov  bildirib ki, rayonun 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb və fakt təsdiqini tapıb:

"Sözügedən əraziyə keçirilən baxış zamanı müxtəlifcinsli səkkiz ağacın qanunsuz kəsildiyi və təbiətə 3990 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”.

Qeyd edək ki, ötən gün Binəqədi rayonunda tikinti məqsədi ilə qazıntı işlərinin aparıldığı və gecə ilə ağacların kəsildiyi barədə görüntülər yayılmışdı.