30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Qarabağa səfər sayəsində dağıntıların şahidi oluram"

08.09.2022

"Qarabağa səfər sayəsində dağıntıların şahidi oluram".

Bunu  hazırda işğaldan azad olunmuş ərazilərdə səfərdə olan almaniyalı səyyah Yorqan Keller deyib.

O, yolboyu tamamilə məhv edilmiş, yerlə-yeksan edilmiş binaları gördüyünü vurğulayıb. Gördüyü mənzərələrdən kədərləndiyini bildirən səyyah qeyd edib ki, sevindirici hal azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətlə davam etdirilməsidir.

"Mən, əsasən, konfliktlərin çox olduğu, əlçatmaz bölgələrə səyahət edirəm. Məsələn, İraq, Şimali Koreya və s. yerlərdə olmuşam. Doğrudur, Almaniya da bir zamanlar müharibənin qaynar nöqtəsi olan tarixi ölkədir, lakin bu, çoxdan baş verib və indi hər şey bərpa olunub", - səyyah əlavə edib.