30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistanda şagirdlər Azərbaycan və türk dillərini öyrənməyə üstünlük verirlər

08.09.2022

Ermənistanda orta məktəb şagirdləri fakultativ fənlər kimi Azərbaycan və türk dillərini öyrənməyi seçirlər.

"DM” "Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, nazirlik orta məktəblərdə istəyə bağlı olaraq Azərbaycan və türk dillərinin, əsas məktəblərdə isə gürcü və fars dillərinin öyrənilməsini təklif edib.

Ermənistanın bütün məktəblərində 2-ci sinifdən rus dili, eləcə də istənilən digər xarici dillər (ingilis, fransız və ya alman) tədris olunur. Artıq bu ölkənin məktəbləri tədris üçün üçüncü xarici dili seçə biləcəklər. Əsas diqqət region ölkələrinin – Azərbaycan, Türkiyə, Gürcüstan və İranın dövlət dillərinə verilir.