29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şuşada "ASAN xidmət" mərkəzinin tikintisi gələn il yekunlaşacaq

08.09.2022

Şuşada ASAN xidmət mərkəzinin tikintisi üçün zəruri işlər görülür.

"DM" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Xidməti və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Xidmət sədri tikinti işlərinin gələn il yekunlaşa biləcəyini vurğulayıb:

"Tikinti prosesi, yəqin ki, gələn il üçün yekunlaşar və elə gələn il də xidməti fəaliyyətə də başlayar. İşğaldan azad olunmuş digər ərazilərdə isə, bildiyimiz kimi, infrastruktur tədbirləri həyata keçirilir. Bu proseslər yekunlaşdıqdan sonra orada da ASAN xidmət mərkəzlərinin tikintisi həyata keçirilə bilər".

Ülvi Mehdiyev ASAN xidmət nümayəndələrinin Türkiyədəki səyyar fəaliyyəti məsələsinə də toxunub:

"Türkiyədəki Texnofest çərcivəsində Samsun şəhərinə səyyar xidmət göndərdik. Kifayət qədər uğurlu alındı. Çünki sənədlərinin dəyişdirilməsi lazım olan çox vətəndaşımız var idi. Əldə etdiyimiz təcrübə əsasında bu prosesi gələcəkdə də davam etdirmək niyyətindəyik", - sədr deyib.