28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ağalı məktəbində 61 şagird təhsil alacaq

08.09.2022

Hazırda Ağalı kənd orta məktəbində təhsil almaq üçün 61 uşaq qeydiyyatdan keçib.

"DM" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev "Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, həmçinin 18 uşağın da bağçada təhsilinin başlaması planlaşdırılır: "15 sentyabrda işğaldan azad olunan ərazilərimizdə 30 ilə yaxın müddətdən sonra ilk təhsil zəngi səslənəcək”.

Şöbə müdiri qeyd edib ki, işğaldan azad olunmuş digər ərazilərdə də mərhələli şəkildə məktəbəqədər təhsil müəssisələrinin açılması planlaşdırılır.