28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Belarus ordusu təlimlərə başlayıb

08.09.2022

Belarus Silahlı Qüvvələrinin komanda-qərargah təlimi başlayıb.

"DM" xəbər veri ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, təlimin əsas məqsədi Belarus Silahlı Qüvvələrinin, digər qoşun və hərbi birləşmələrinin hərbi komandanlıq və idarəetmə orqanlarına təyinatları üzrə tapşırıqların yerinə yetirilməsi zamanı qüvvə və vasitələrin davamlı idarə edilməsini öyrətməkdir.

Həmçinin, təlimlərdə şərti olaraq düşmənin tutduğu ərazilərin azad edilməsi ilə bağlı tapşırıqlar icra olunacaq.

Təlimlər sentyabrın 14-dək davam edəcək. Təlimlər Belarus Silahlı Qüvvələrin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Viktor Qulyeviçin rəhbərliyi ilə keçirilir.