28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna qüvvələri Xerson istiqamətində Rusiyanın təminat körpüsünü məhv edib

08.09.2022

Ukrayna qüvvələri Xerson istiqamətində əks-hücum əməliyyatlarını davam etdirirlər.

"DM"-nın xəbərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Ukrayna Darivka yaxınlığındakı körpünün ciddi zədələnməsindən sonra Rusiya qüvvələrinin açdığı panton körpünü məhv edib.

Qeyd olunub ki, Darivka kəsişməsi Dnepr çayı boyunca yerləşdirilmiş Rusiya hərbi qüvvələrinin şimal və cənub sektorlarının əsas dəhlizlərindən biridir.

Vurğulanıb ki, Ukraynanın sistematik şəkildə həssas keçid nöqtələrinə dəqiq zərbələr endirməsi ukraynalıların hücumunun qarşısını almağa çalışan Rusiya qüvvələrini təzyiq altında qoyur. Bu isə Rusiyanın ehtiyat qüvvələr yerləşdirməsi və şərqdən material təminatı imkanlarını ləngidir.