03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda bağçalara kameralar quraşdırılacaq

07.09.2022

Uşaq bağçalarında kameralaşma sisteminin tətbiqi bizim üçün prioritet məsələdir. Bununla həm davranış, həm nəzarət, həm də davamiyyət məsələsinə diqqət etmək olar.

"DM" xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, söhbət tək kameraların quraşdırılmasından getmir:

"Eyni zamanda bağçaların internetə çıxışı da təmin olunmalıdır ki, orada sistem qurmaq mümkün olsun. Hazırda çox az sayda bağçanın fiberoptik internetə çıxışı var. Qeyd edim ki, məktəblərin 80%-ni gələn ilin sonuna qədər internetlə təmin edəcəyik. Ümumilikdə proses mərhələli şəkildə aparılacaq. Razıyam ki, bağçalarımızda kameraların quraşdırılması xoşagəlməz halların qarşısının alınmasında effektiv rol oynayır. Lakin hesab edirəm ki, bu, mərkəzləşdirilmiş qaydada olmamalıdır”.