04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ağalı kəndinə köçürülən sakinlər yeni evlərinə yerləşdirilib

07.09.2022

İşğaldan azad edilən ərazirimizə Böyük qayıdış davam edir.

"DM"-nın  məlumatına görə, Zəngilan rayonunda "Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçrülüməsinin növbəti mərhələsi həyata keçirilib.
bu gün daha 12 ailə Ağalıya köçürülür. Verilən məlumata görə, bu gün köçürülən ailələr Bakı və Sumqayıt şəhərində müxtəlif ünvanlarda yaşayıblar.

Ağalı kəndində hər gün həyat bir azda canlanır. Bu gün 12 ailənin 63 nəfər üzvü uzun illərdən sonra, müvəqqəti məskunlaşma yerlərindən daimi yaşayış üçün, doğma kəndlərinə qayıdıblar.

Kəndə qayıdan sakinləri, prezidentin xüsusi nümayəndəliyinin rəhbəri Vahid Hacıyev qarşılayıb.

Ağalı kəndinə köçürülmə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni yaşayış sahələrinin təqdim olunması cədvəli əsasında, ardıcıl şəkildə davam etdiriləcəkdir.məlumatsa oda bildirilib ki, sentyabrın 10 - a kimi, Ağalıya ümumilikdə 25 ailənin köçürülməsi nəzərdə tutulur.