30 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milyarderin qaçırılan nəvəsinin meyiti tapılıb - FOTO

07.09.2022

ABŞ-ın ən böyük topdansatış distribütorlarından biri olan "Orgill”in sahibi, milyarder Cozef Orgillin qaçırılan nəvəsi Eliza Fletçerin meyiti tapılıb.

Uşaq bağçasında müəllim olan və sadə həyat tərzi sürən 34 yaşlı Eliza günorta saatlarında idman məqsədi ilə qaçış zamanı oğurlanmışdı. Müşahidə kameralarının görüntülərindən aydın olub ki, küçələrin birində qara yolsuzluq avtomobili qadının yanında saxlanılır, sonra maşından düşən bir kişi onu zorla maşına salır.

Hadisə yerində Fletçerin cib telefonu və 38 yaşlı afroamerikalı Kleota Abstonun başmaqları olub.

Polis artıq şübhəlini həbs edib. Onu birinci dərəcəli qətlə görə mühakimə gözləyir.