30 04 2024-cu il Bakı 26 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır”

07.09.2022

"Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib.

O, Rusiyanın dəstəyi ilə prosesi başa çatdırmağı gözlədiyini vurğulayıb.

"Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları üzrə üçtərəfli komissiyanın işində irəliləyiş var, lakin hələlik bütün məsələlər həll olunmayıb”, - deyə Paşinyan qeyd edib.

Baş nazir çıxışında İrəvanın Ankara ilə münasibətlərinin normallaşmasına ümid etdiyini bildirib.

"Biz Türkiyə ilə danışıqlara başladıq. Rusiyanın dəstəyi ilə bu ölkə ilə münasibətləri yaxşılaşdıracağımıza ümid edirik”, - deyə o əlavə edib.

Ermənistanın hökumət başçısı həmçinin bəyan edib ki, Rusiyanın Ukrayna ilə müharibəyə başının qarışmasından istifadə edərək Cənubi Qafqazda sabitliyi pozmaq istəyən qüvvələr var.

Mənbə: TASS