30 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin: Ərdoğanla bunu müzakirə edəcəm, Avropa bizi aldadır

07.09.2022

Rusiya Ukraynadan taxıl və digər ərzaq məhsullarının ixracının istiqamətini dəyişmək istəyir. Bu məsələni Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla müzakirə etməyi planlaşdıracam.

"DM" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda çıxışında deyib.

"Bəlkə bu marşrutla taxıl və ikinci ərzaq ixracını məhdudlaşdırmaq barədə düşünməliyik. Mən bu məsələ ilə bağlı Türkiyə prezidenti Ərdoğanla mütləq məsləhətləşəcəm. Axı biz Ukrayna taxılının ixracı mexanizmini işləyib hazırlamışıq ki, ilk növbədə ən yoxsul ölkələrə kömək edək. Bəs realda nə baş verir? Ukraynadan göndərilən taxıl inkişaf etməkdə olan, kasıb ölkələrə deyil, Avropa Birliyi ölkələrinə gedir. Avropalılar yenə də aldatdılar və aldatmaqda davam edirlər. Bu yanaşma ilə dünyada ərzaq problemlərinin miqyasının daha da artacağı göz qabağındadır. Təəssüf ki, bu, görünməmiş humanitar fəlakətə səbəb ola bilər”, - Putin bildirib.