30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Saatlıda qəsdən yanğın törədən şəxs saxlanılıb - Video

07.09.2022

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın törədən şəxs müəyyən olunub.

"DM" xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmət məlumat yayıb.

Belə ki, 26 avqust 2022-ci il tarixində Saatlı rayonu, Nəsimikənd kəndində Bahadur Zeyni oğlu Bayraqdarova məxsus təsərrüfat obyektində yanğın hadisəsi olub. Hadisə nəticəsində həmin şəxsə məxsus mişar daşından inşa olunmuş ümumi sahəsi 150m² olan təsərrüfat obyekti və 1000 ədəd ot bağlaması yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilən tədbirlər nəticəsində yanğının 1974-cü il təvəllüdlü Kamil Kamal oğlu Səfərov tərəfindən törədildiyi müəyyən edilib və o, hadisəni törətdiyini etiraf edib.

Yanğının baş verməsində təqsirkar şəxs Kamil Kamal oğlu Səfərov barəsində inzibati xəta haqqında protokol tərtib olunub.