01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Liz Trass rəsmi olaraq Britaniyanın baş naziri vəzifəsinin icrasına başlayıb

06.09.2022

Mühafizəkarlar Partiyasının lideri Liz Trass Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başlayıb.

Bunu 47 yaşlı siyasətçinin kraliça II Elizabet ilə fotoşəkli sübut edir. Fotoşəkil Şotlandiyanın Balmoral qəsrində baş tutan audensiya mərasimində çəkilib və Bukinqem sarayı tərəfindən paylaşılıb.

Ənənəyə görə, monarx yeni seçilmiş baş nazirlə görüşdə ona hökuməti qurmağı tapşırır. Bundan əvvəl isə 96 yaşlı monarx üç ildən çox bu vəzifədə çalışan Boris Consonun istefasını qəbul edib. Consonun monarxla görüşü təxminən 40 dəqiqə davam edib. Görüşdə Consonun həyat yoldaşı Kerri Conson da iştirak edib.

Trass Marqaret Tetçer (1979-1990-cı illərdə Nazirlər Kabinetinə rəhbərlik edib) və Tereza Meydən (2016-2019-cu ilə qədər) sonra Britaniya hökumətinə rəhbərlik edən üçüncü qadın olub. O, Britaniya tarixində 56-cı, bu vəzifəni bir dəfədən çox tutanlar da nəzərə alınarsa, 78-ci baş nazirdir.

Mənbə: TASS