01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentdən Cəbrayıl və Qubadlı ilə bağlı FƏRMAN

06.09.2022

"Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli Fərmanında dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Qərara əsasən, bundan sonra publik hüquqi şəxs Zəngilan rayonu ilə yanaşı, Qubadlı və Cəbrayılda da əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərəcək.